azia.az
azia.az

"Yeməyinizdə körpə qanı var" deyərək bıçaqladı - TUTULDU

31-10-2023, 09:11

Türkiyənin Adana ərazisində bir şəxs "fast-food" restoranına daxil olaraq bir nəfəri bıçaqlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata əsasən təqsirləndirilən şəxs restorana daxil olaraq "Yeməyinizdə körpə qanı var",- deyərək qışqırmağa başlayıb.

Daha sonra o münaqişəni sakitləşdirməyə çalışan müştərini bıçaqlayıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Həmin anlar restoranın təhlükəsizlik kameralarında lentə alınıb.

Hadisəni törədən şəxs polis tərəfindən tutulub. Araşdırmalara başlanılıb.

Aysel Şirinova





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi