azia.az
azia.az

MEK əməkdaşları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar

11-10-2023, 18:13

Azia.az media-MEK əməkdaşları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olublar

AMEA Mərkəzi Elmi Kitabxanasının Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva və şöbənin əməkdaşı Aygün Məmmədova Azə'rbaycan Respublikasının Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasına ezam olunublar.

ŞAR Elmi Kitabxanası ilə MEK arasında 2021-ci ilin iyununda imzalanmış müəssisələrarası  müqavilə çərçivəsində baş tutan səfərin məqsədi ŞAR kitabxanasında quraşdırılan İRBİS 64+ AKİS (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) proqram təminatının müvafiq modlunun yenilənməsi, baş verən nasazlıqların aradan qaldırılması, eləcə də sistemin yenilənməsi  olub. 

Ezamiyyət müddətində ŞAR Elmi Kitabxanasında öncə avadanlıqların vəziyyəti yoxlanılıb, texniki qurğuların vəziyyəti sistem üçün hazırlanıb.Respublikamızda ilk dəfə olaraq EBNİT Assosasiyasının LİBNET bazasından kitabxanada tətbiq edilən İRBİS-AKİS-ə kitabların elektron şəkildə mərkəzləşmiş qaydada köçürülməsi həyata keçirilib.

MEK əməkdaşları tərəfindən sitemdə olan yeniliklər və əlavə dəyişikliklər haqqında kitabxana işçilərinə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi