azia.az
azia.az

Taksi sürücüsü buna görə həbs edildi - FOTO

10-10-2023, 08:55

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində "Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar. 

"Bizim.media” xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.

S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə, sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, S.Qocayev "TikTok” sosial şəbəkə platformasında çəkdiyi videolar ilə məşhurlaşıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi