Makron Türkiyəyə çağırış etdi
Macarıstan və Türkiyəni İsveçin NATO-ya qoşulmasını ratifikasiya etməyə çağırıram.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Finlandiya Baş naziri Petteri Oppo ilə Yelisey Sarayında görüşündən sonra deyib.
Fransa prezidenti qeyd edib ki, NATO-nun şimal ölkələrinə doğru genişlənməsi alyansın şimal və Arktika regionunda potensialını gücləndirəcək.
Qeyd edək ki, Finlandiya və İsveç alyansa üzvlüklə bağlı 2022-ci ilin mayında müraciət ünvanlamışdı.
Finlandiya artıq NATO üzvüdür, İsveçin müraciəti isə Türkiyə və Macarıstan tərəfindən hələ ratifikasiya edilməyib.