azia.az
azia.az

Beş yaşlı qız məhkəməyə verildi - ILGİNC SƏBƏB

8-09-2023, 07:42

Kalininqradın kommunal xidmətləri beş yaşlı qıza qarşı məhkəmə iddiası qaldırıblar.

Uşağın qohumunun dediyinə görə, “Kaliningradteploset” şirkəti azyaşlının anasının yaşadığı mənzildə kommunal xərcləri ödəmək üçün yığılan borcun qızdan alınması tələbi ilə məhkəməyə müraciət edib.

Qadın idarədə işlədiyi vaxt dövlətdən mənzil alıb. 2018-ci ilin aprel ayında məhkəmə ananın mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edib.

Qızın qohumunun sözlərinə görə, o, hazırda azyaşlının borcla heç bir əlaqəsinin olmadığını sübut etmək üçün sənədləşmə işləri aparır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi