azia.az
azia.az

Güclü yağışlar 3 nəfərin ölümünə, 1 körpənin itkin düşməsinə səbəb oldu - TƏCİLİ-FOTO

4-09-2023, 09:33

Türkiyədə yağan güclü yağışlar nəticəsində azı 3 nəfər ölüb.



Bakupost.az Türkiyə mediasına istinadla xəbər verir ki, güclü leysan Türkiyənin bir çox şəhərində həyatı iflic edib.



Aksaray və ətraf rayonlarda güclü yağışın yaratdığı seldə köməksiz vəziyyətdə qalan 13 nəfər jandarma qruplar tərəfindən xilas edilib, 1 nəfərin cəsədi tapılıb.

Şəhərdə bir körpənin itdiyi və axtarışların davam etdiyi bildirilib.


Nevşehirin Gülşehir mahalında leysan yağışda bir cütlük həyatını itirib.


Samsunda dünən gecədən başlayan leysan yağış da selə səbəb olub, küçələr göllərə çevrilib. Su ilə dolu olan yeraltı keçiddə avtomobildə sıxılmış vəziyyətdə qalan 4 nəfər üzərək xilas olub.


Giresunda leysan yağışlar səbəbindən daşqınlar yaşanarkən, şəhər mərkəzindəki küçə və prospektlər su ilə dolub. Maşınları ilə irəliləməyə çalışan sürücülər çətin anlar yaşayıb.


15 dəqiqə davam edən dolu Sivasda avtomobillərə ziyan vurarkən, Dənizli, Ankara və Nevşehirdə də yağan güclü leysan həyata mənfi təsir edib.


Qeyd edək ki, leysan yağışlar Türkiyənin bir çox bölgələrində daşqınlara səbəb olsa da, ən çox Aksaray, Kayseri və Nevşehir zərər çəkib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi