azia.az
azia.az

Bakılılara niyə ağşalvarlılar deyirlər? - VİDEO

9-11-2023, 01:12

İçərişəhər tarixən ayrı-ayrı məhəllələrdən ibarət olub. Ağşalvarlılar, arabaçılar, hamamçılar, seyidlər İçərişəhərin əsas məhəllələri, ağşalvarlılar isə İçərişəhərin əsas yerli sakinləri hesab olunurdu.

Ağşalvarlılar kimi tanınan İçərişəhər sakinlərinin nə üçün belə adlandırılması ilə bağlı müxtəlif versiyalar var. Ən çox yayılanı isə budur ki, dənizçiliklə məşğul olduqlarına görə, onlara belə ad verilib. Onlar adətən ağ rəngdə şalvar geyinərlərmiş.

Rəssam Mirteymur Məmmədov isə hesab edir ki, ağşalvarlılar uydurmadır, camaat arasında şişirdilib: "Onlar hambal olublar, un daşıyıblar".
Daha ətraflı Emil Hacıyevin təqdimatında Baku TV-də efirə gedən verilişdə:

oxu.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi