azia.az
azia.az

İran Azərbaycanı Naxçıvanla HƏDƏLƏDİ - Erməninin dostları Zəngəzura qarşı

27-08-2022, 15:28


Azərbaycan 44 günlük müharibə ilə təkcə torpaqlarını işğaldan azad etmədi, eləcə də 30 illik işğal zamanı Ermənistana hər cür dəstək verən bəzi dövlətlərin nagüman qoydu. Belə dövlətlərdən biri "ağzımızın içində", ən böyük sərhəddimizin olduğu İranı göstərə bilərik.
İran Azərbaycanı Naxçıvanla HƏDƏLƏDİ - Erməninin dostları Zəngəzura qarşı
Birinci Qarabağ müharibəsindən sonra Ulu-öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın iqtisadi yüksəlişi ilə Ermənistanı regiondakı bütün iri layihələrdən kənarda qoyaraq onun faktiki olaraq blokadaya alınmasında müstəsna işlər görməsinə baxmayaraq İran Azərbaycanın minlərlə insanını vəhşicəsinə qətlə yetirən, qız-gəlininiz əsir götürən, bir milyondan çox vətəndaşını öz doğma yurd-yuvasından qaçqın həyatı yaşamağa məcbur qoyan Ermənistana dəstəyini bir gün belə olsun kəsmədi.



Rəsmi Tehran bu məkirli, çirkli addımlarını pərdələmək məqsədilə Azərbaycanın narazılığının artmaması üçün hər dəfəsində "müsəlman, şiə qardaşı" məsələsini qabardaraq çulunu sudan quru çıxartmağa can atdı. Lakin Vətən müharibəsindəki tarixi zəfərimiz İranın əsl simasını üzə çıxarmaq baxımından olduqca böyük əhəmiyyətə malik oldu.

Tehran öncə əyalət mollaları vasitəsilə Azərbaycanın ünvanına hədə-qorxu gəlməyə, təhdid dolu ifadələr yağdırmağa başladı. Baxdı ki, rəsmi Bakı tutduğu yoldan dönən deyil, tarixi fürsəti dəyərləndirmək üçün heç bir təzyiqə məhəl qoymayacaq, bunun ardınca İran Azərbaycanla sərhədboyu ordusunu yeritdi, orada təlim adı ilə Azərbaycana hərbi güc nümayiş etdirib, Bakının İrəvan qarşısındakı hərbi qələbəsinin postkonflikt mərhələsində diplomatik zəfəri ilə daha da taclandırılmasına mane olmağa çalışdı. Amma nə fayda?! Hər dəfə də bu cür məkirli addımlarına fərqli ad qoydular.

Son proseslər də göstərir ki, daim "Müsəlman birliyi"ndən, "Müsəlman qardaşlığı"ndan dəm vuran İran İslam Respublikasının hakimiyyəti, siyasətçiləri, din xadimləri və s. əslində müsəlman qardaşlığından bixəbər adamlardır.

Açıq-aydın görünür ki, Tehran İrəvanı özünə daim dost, qardaş və müttəfiq sayıb, Bakıya nifrət edib. İranın Azərbaycanla bağlı yürütdüyü siyasətin də adı bəllidir: xainlik, saxtakarlıq, yalan!

Bu deyilənləri təsdiq edəcək növbəti bəyanat İran XİN başçısının sabiq müavini, Tehranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı aparılan danışıqlarda İranı təmsil etmiş Əbülfəzl Zuhtəvənddən gəlib.



44 günlük Vətən Müharibəsində açıq-aşkar Ermənistanı dəstəkləyən, Qafan-Gorus yolunun bağlanmasından ermənilərdən çox məyus olan, indi də Zəngəzur dəhlizinin gerçəkləşməsinə hər vəchlə mane olmağa çalışan İranın diplomatının dediklərini olduğu kimi təqdim edirəm:

"Türklər Zəngəzuru almaq istəyirlər. Bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər". İran hələ də qəbul etmək istəmir ki, Azərbaycan işğala son qoydu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və qalib tərəf kimi masada da diqtə edən əsas tərəfdir.

"Türkiyə ilə strateji müttəfiqliyi, hətta strateji ortaqlığı ağlımıza belə, gətirə bilmərik. Cənubi Qafqaz bizim sivilizasiya məkanımızdır. Şimali və Cənubi Osetiya xalqları İran əsillidir. Azərbaycan isə qorxunc fenomendir, bizim üçün potensial təhdiddir" deyən Əbülfəzl Zuhtəvənd u açıqlaması ilə əslində türkə olan nifrətini açıq-aşkar bəyan edir. Azərbaycanı, Türkiyəni özlərinə ən böyük təhdid hesab edən İranın keşmiş XİN başçısının müavini Azərbaycanın Cənubi Qafqazda dirçəlməyini, güclənməsini, Türkiyənin isə bu regionda mövcudluğunu heç cürə qəbul etmədiklərini etiraf edir.
"Naxçıvan bütünlüklə İrana ilhaq edilməlidir. Naxçıvan bizim əzəli torpağımızdır. Ermənilər İranın müttəfiqləridir" deyən bu mollabaş iranlı sabiq siyasət adamı beləcə 44 günlük müharibəyə kimi Ermənistandan çox İranın məhz Azərbaycan ərazilərinin işğalda qalmasında maraqlı olduğunu gizlədə bilmir. Bu azmış kimi ermənidən çox erməni olmağa çalışan Ə.Zuhtəvənd Azərbaycana qarşı ərazi iddiası ilə də çıxış etməkdən çəkinmir. O, Naxçıvanı İran torpağı adlandırmaqla Azərbaycana qarşı uzun illərə söykənən nifrət, düşmənçilik, işğal ritorikalarını açıb ortaya qoyur.

"Tarix boyunca belə olub. Azərbaycan adlı bir yer yoxdur. Bunlar əslində İran əraziləridir. Azərbaycan yenidən İrana ilhaq olunmalıdır. İlhaq edilməyincə xərçəng hüceyrəsi kimi İranın başına bəla olacaq", - şübhəsiz ki, rəsmi Tehran Bakıya demək istədiklərini keçmiş nari müavini vasitəsilə Bakıya çatdırmağa çalışır. Bu, təhdid, hədə dilidir. İran bununla Azərbaycana mesaj verir ki, "sakit yerinizdə oturun, çox vətən-torpaq deyəcəyiniz halda əlinizdə olanı da alarıq". Amma Tehran unudur ki, onun əhali nüfuzun hazırda 60%-a məhz azərbaycanlılardır, Tehran yaddan çıxarıb ki, Azərbaycan canından keçər bir qarış torpağından belə keçməz.

Əslində Zuhtəvəndin açıqlamasındakı bu son ifadələrdən bəlli olur ki, İran bilir ki, artıq Laçını də təhvil götürən Azərbaycanın növbəti hədəfi daha böyükdür: Laçın dəhlizini nəzarətə götürməyə saatların qaldığı bir vaxtda Zəngəzur dəhlizinin açılması da an məsələsi olacaq. Tehran onu da yaxşı anlayır ki, rəsmi Bakı addım-addım bütün istəklərini icra etməkdə israrlıdır və qətiyyətli yolundan dönən deyil.



Tehran çox gözəl başa düşür ki, Azərbaycanı buradan döndərmək mümkünsüzdür. İran sadəcə bu üsulla Bakıya son təzyiqlərini etməklə "tutar qatıq, tutmaz ayran" deyib, Azərbaycana xox gəlməyə çalışır. Halbu ki, Tehran eyni siyasəti aylar öncə tətbiq etdi və sonra barışıq üçün ilk addımı atmaq məcburiyyətində buraxıldı. Tehranın bu növbəti eyni ssenarilik oyunu suda boğulanın saman çöpündən yapöşması hekayəsi ilə eynilik təşkil edir.

Təbii ki, İran belə bir məqamda həm də özünə hamam suyundan dost tutmaq ideyasını da əldən vermmək istəmir və rəsmi Bakıya qarşı Ermənistandakı revanşist qüvvələrlə birgə addım atmağın fayda verəcəyi ümidini itirməyiblər. Amma İran anlamır ki, yuxusunun ərşə çəkilməsinə səbəb olan "Təbrizin nağıl gecələri"nin bir gün reallıqla ayaqlaşması üçün özləri öz əlləri ilə zəmin hazırlamaqla məşğuldurlar.

Azərbaycanla İran arasında vəziyyətin gərginləşməsində maraqlı olan bəzi fars qrupları və Qafqazdan uzaqda olan beynəlxalq aktorların da rolunun olduğu şübhə doğurmur. Amma reallıqda Tehranın bu məsələlərə müdaxilə imkanlarını da nəzərə almış olsaq, görərik ki, İran Azərbaycana qarşı təhdid və təzyiqlərdən məmnundur. Bu isə sifarişçi tərəflərin qənşərə çıxması üçün yetərli hesab oluna bilər.



Artıq Azərbaycana qarşı davamlı xarakter alan anti-Azərbaycan kampaniyalarına göz yumulmayacaq. İran anlamalıdır ki, qonşuların bir - birinə hörməti qarşılıqlı olmalı, çıxışlarda "pərdə" götürülməməlidir. Təəssüflər olsun ki, ölkəmizə qarşı yaraşmayan münasibətin şahidiyik. "Dindarlar" tərəfindən başladılan, jurnalistlər tərəfindən davam etdirilən və hazırda diplomatlar tərəfindən Azərbaycan torpaqları ilə bağlı ardıcıl xarakter daşıyan işğalçıya məxsus olan bəyanatlar qəbuledilməzdir.

Bu səsləndirilən naxoş bəyanatlar, edilən səsrəm açıqlamalar, gülünc təhdidlər bir daha göstərir ki, 44 günülük Vətən müharibəsi nəticəsində Zəngəzur tranzitinin bağlanması ilə himayə edilən silahlı qrupların narko ticarətdən əldə etdiyi milyonlarla dollardan mərhum olması ilə barışmaq istəməyən, Azərbaycan və Ermənistanla normallaşma prosesini həzm edə bilməyən qüvvələr əllərində olan bütün imkanlardan hərc - mərclik yaratmaq üçün hazırdırlar.

İrandakı sözügedən qruplar, ermənipərəst dairələr və diplomatlar əgər tarixə bir nəzər salsalar X əsrdən - XX əsrin 20 ci illərinə qədər hansı dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını görərlər.

Rəsmi Tehran dil pərgarlarına reallığı qəbul etməyin İran üçün əən doğru yol olduğunu başa salmalıdı. Bunu Amerikası da, Qərbi də, bütün qonşu respublikalar da çox yaxşı bilirlər ki, Azərbaycanın tarixi ərazilərini bərpa etməsi qaçılmaz prosesdir. Bu proseslər isə ən önəmlisi, regiona sabitlik, firəvanlıq, sülh gətirəcək.. Odur ki, növbədə Zəngəzur dəhlizidir ...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi