İnternet tarifləri BAHALAŞDI - Yeni qiymətlərlə bağlı RƏSMİ AÇIQLAMA
"Baktelecom" tariflərdəki dəyişikliklə bağlı məlumat yayıb.
Daxil olan məlumatda deyilir:
"Xəbər verdiyimiz kimi, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.