azia.az
azia.az

İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir- Ərdoğan açıqlayacaq...

27-05-2022, 08:40


“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Qüreyşinin İstanbulda xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilir.
İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir- Ərdoğan açıqlayacaq...
Xəbər verilir ki, xəbər rəsmi qurumlar tərəfindən hələlik təsdiq edilməyib.

İddia edilir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD liderinin saxlanıldığını şəxsən elan edəcək.

Xatırladaq ki, 2014-cü ildə xilafətini elan edən İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın İdlibdə keçirdiyi əməliyyat zamanı öldürülüb öldürülüb.

Təşkilatın növbəti lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi olub.

Əbu İbrahim əl-Haşimi əl-Qureyşi əvvəlki lider əl-Bağdadi ilə eyni aqibəti yaşayıb. O, 2022-ci il fevralın 3-də ABŞ-ın İdlibdə keçirdiyi əməliyyat zamanı məhv edilib.

Mənbə: https://www.cumhuriyet.com.tr/turkiye/erdogan-aciklayacak-isidin-yeni-lideri-ebu-hasan-el-kureysinin-istanbulda-yakalandigi-iddia-edildi-1940158


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi