azia.az
azia.az

PA-nın sektor müdiri: “Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var”

26-05-2022, 00:09


“Hazırda 200-ə yaxın təşkilat var ki, onların qeydiyyata alınmaqla bağlı müraciətləri var”.
PA-nın sektor müdiri: “Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var”
Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyirlər.

“Vətən müharibəsindən sonra QHT yaratmaq istəyən şəhid ailələrinin nümayəndələrinin, müharibə iştirakçılarının sayı durmadan artır. Bu günə qədər 200-ə qədər bu yöndə QHT təsis edib, qeydiyyat üçün müraciət ediblər. Düşünürəm ki, onları əhatəli araşdırdıb, sonra qeydiyyat prosesini həyata keçirmək lazımdır. Çünki böyük əksəriyyəti hələ qeydiyyata alınmadan reketçilik fəaliyyəti ilə məşğul olur”, – V.Quliyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi