azia.az
azia.az

Azərbaycanda dəhşət: avtobus traktorla toqquşdu, xeyli yaralı var

25-05-2022, 07:43


Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var..
Azərbaycanda dəhşət: avtobus traktorla toqquşdu, xeyli yaralı var
Məlumata görə, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən “Ford” markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub.

Hadisə zamanı Goranboy rayon sakinləri: – 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965), Abbas Abbasov (1984), Süsən Rzayeva (1979), Yeganə Daşdəmirova (1970), Ayxan Rzazadə (2000), Bəylər Rzayev (2004), Aynurə Quliyeva (1986) və daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi