azia.az
azia.az

"VAZ" "Ford"la TOQQUŞDU: Xəsarət alan var (FOTO)

2-07-2017, 11:00

"VAZ" "Ford"la TOQQUŞDU: Xəsarət alan var (FOTO)


Ələt-Astara magistralının Lənkəran rayonu, Kişiləvar kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, üzü Ələt istiqamətində hərəkət edən "Ford" markalı "99-FV-692" dövlət qeydiyyat nişanlı mikroavtobusla əks istiqmətdə gedən "42-BG-932" dövlət qeydiyyat nişanlı "VAZ- 21011" toqquşub.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, Lənkəran rayon Havzava qəsəbə sakini Muradov Xalid Əzizəli oğlu bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə "VAZ"ın səhv dönüş edərək mikroavtobusun qarşısına çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi