azia.az
azia.az

İnsan bədənində ən gec və ən tez qocalan orqanlar hansıdır?

21-05-2022, 07:48

İnsan bədənində ən gec və ən tez qocalan orqanlar hansıdır?

Kaliforniya Universitetinin (ABŞ) professoru Stiv Xorvat insan orqanlarının bioloji yaşı ilə bağlı maraqlı araşdırma aparıb. Azia.az saglamolun.az-a istinadən bildirir ki, araşdırma zamanı müxtəlif orqanların insanın "pasport" yaşına uyğun olub-olmadığı öyrənilirdi. Maraqlıdır ki, eksperimentin nəticələrinə görə, ən tez qocalan orqan qadın sinəsidir. Döşün hüceyrələri orta hesabla orqanizminin digər hüceyrələrlə müqayisədə 2-3 il tez qocalır.

Ən gec qocalan orqan isə beyindir və xüsusilə beyinin koordinasiyaya cavabdeh olan hissəsi beyincikdir. Belə ki, araşdırmada iştirak edən 112-yaşlı qadının beyini orqanizmdən təxminən 5 yaş, beyinciyi isə təxminən 15 yaş cavan idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi