azia.az
azia.az

Mərkəzi Bank sədrinin müavini və Elmar Vəliyevin qardaşına “atan” şəxs hakim qarşısında - TƏFƏRRÜAT

18-05-2022, 16:50

Mərkəzi Bank sədrinin müavini və Elmar Vəliyevin qardaşına “atan” şəxs hakim qarşısında - TƏFƏRRÜAT
Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyevə və “Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevə (Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı) qarşı külli miqdarda dələduzluq edən Cəfər Əliyev hakim qarşısına çıxarılır. DCəfər Əliyev, həmçinin Əkrəm, Sadıq, Bəxtiyar, Rafiq, Etibar və Vaqif adlı şəxslərə də təxminən 2 milyon ABŞ dolları zərər vurub.

O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib.

Onu da qeyd edək ki, istintaq materiallarında zərərçəkənlərdən biri vəsaitin Alim Quliyevə məxsus olduğunu bildirib.

Cəfər Əliyev barəsində isə Nərmanov Rayon Polis İdarəsində AR CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanılaraq Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri barədə qərar qəbul olunaraq beynəlxalq axtarışa verilmiş, 2021-ci ilin may ayında İran İslam Respublikasında saxlanılıb. Azərbaycana ekstradisiya olunan Cəfər Əliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 20 may 2022-ci il tarixə təyin edilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi