azia.az
azia.az

Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub

12-05-2022, 16:46


Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunubAnkarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətləri Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub.
Ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilən səfərin ilk günündə nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
10 may tarixində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.
11 may tarixində nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub
Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub
Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi