azia.az
azia.az

İsrailə casusluq ittihamı Azərbaycanlı alim İranda edam ediləcək

5-05-2022, 07:31


İranda İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam ediləcəyi tarix açıqlanıb.
İsrailə casusluq ittihamı Azərbaycanlı alim İranda edam ediləcək
2016-ci ildən İranda həbsdə olan Cəlali mayın 21-də edam olunacaq. İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib.

Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir.
Əhmədrza Cəlali 2016-cı ildə İranda akademik səfərdə olarkən həbs edilib və 2017-ci ildə barəsində ölüm hökmü çıxarılıb. /qafqazinfo


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi