Saçları tökülənlər nə yeməlidir?
Saçları zəifləyən, tökülən qadınlar tükləri bərpa etmək üçün qidalarını dəyişməlidir.
Xəbər verilir ki, trixoloq həkim Natalya Petrovskaya keçəlləşməyə qarşı faydalı qidaları açıqlayıb.
"Qadınlar yaxşı ət, yağlı balıq, mərci, lobya, qoz, badam yeməlidir. Eləcə də yumurta sarısı faydalıdır.
Koronavirusdan sonra xəstələrdə kütləvi saçtökülmə başladı. Bu virusun nəticəsidir. Buna görə çox qorxmağa dəyməz, çünki bərpa olunan vəziyyətdir.
Amma həftədə 2-3 dəfə iri bir porsiya yağlı balıq yeməlisiz. Sağlam, parlaq saçlar üçün B qrup, C, D, A vitaminləri vacibdir. Dəmir defisiti olanlarda saçlar cansız olur. Dəmiri isə ət məhsulları qaldırır" - deyə həkim bildirib.bakupost.a