azia.az
azia.az

Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB

29-04-2022, 13:18

Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB
Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınacaq.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də bayram namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.

Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi