Diş pastalarının zəhərli olduğunu bilirdinizmi?
Biz gün ərzində bir-neçə dəfə televizordan diş pastasının diş ərpini təmizlədiyini eşidirik. Bəs diş pastasının nələri təmizldiyini siz bilirsinizmi?
1-2 manat qiymətində olan pastanın tərkibində kalsium karbonat əvəzinə adi təbaşir qoyulur.
Bu çox pis bir əvəzedicidir. Çünki, təbaşir dişin emal təbəqəsini və diş boynunun cızır. Pastanın qiymətinin ucuz olması onun tərkibində təbaşir olmasının göstəricisi sayılır.
Diş pastalarının tərkibində aluminum oksidin olmasına isə bir çox ölkələrdə qadağa qoyulub. Müasir texnolojiya sayəsində pastanın tərkibinə dioksid keramin (slika) əvəzinə təbaşir əlavə edilir ki, bu da ucuz başa gəlir.
Stomatoloqlar pasta alarkən onun qiymətinə və tərkibinə nəzər yetirməyi məsləhət bilir. Çünki, tərkibində təbaşir olan pasta dişin emal qatını zədələməklə dişlərin asanlıqla korlanmasına səbəb ola bilir.
Mütəxəssislər pasta alarkən risk etməyi məsləhət bilimir, onlar tərkibində hidrokjarbonat kalsium olan diş duzu olan pastadan almağı məsləhət bilir.
Diş pastalarının reklam edərkən onun antibakterial olduğunu söyləyirlər. Ən çox tərkibində triklozan olan diş pastaları ağız boşluğunda mikrob və bakteriyaların azalmasına səbəb olur.
Belə pastaların problem ağız boşluğunda pathogen mikroblarla yanaşı, vacib sayılan bakteriyaların məhv olmasına səbəb olur.
Bəzi pastaların hazırlnmasında xlorheksidin və metranidazoldan stifadə edilir. Bu dərmanlar isə anrimikrob təsirə malikdir. Amma, bu tərkibli pastalardan da hər gün istifadə etmək problemlərin əmələ gəlməməsi demək deyildir. Reklamlar zamanı diş pastasının bol köpük verməsini də qeyd edirlər. Pastalarda köpüyün əmələ gəlməsinə onun tərkibinə qatılan laurilsulfat natriumdur. Amerika mütəxəssisləri bu maddənin kataraktaya və müxtəlif xəstəliklərə səbəb olduöunu qeyd edirlər. Onlar bu maddənin kosmetologiya sahəsində istifadə edilməsinə qadağa qoyulmasını tələb edirlər. Pastanın tərkibində qliserofosfat kalsium əvəzinə karbonat kalsium olması deyilirsə sizi aldadırlar. Kimyaçılar kalsium karbonatın suda həll olmadığını qeyd edir və pastanın tərkibində onun olmamasının dişin minerallarla təmin edilməsinə səbəb olmadığını söyləyirlər.
Reklamlar zamanı bəzi pastaların həssas dişlər üçün hazırlandığını söyləyirlər. Amma, bu pastadan bir müddət istifadə etdikdən sonra dişlərdəki plombların saraldığından xəbərsizdirlər. Bu pastadan uzun müddət istifadə edldikdə dişlər və plomblar sarı və ya açıq qəhvəyi rəng alırlar.
90% diş pastasının tərkibində ftor var.
Ftorun faydası və zərərləri barədə isə 60 ildir ki, elmdə məlumatlar var. Ötən əsrin 40-cı illərində ftorun diş emalına təsiri barədə məlumatlar Amerika alimləri tərəfindən öyrənilmişdir. Araşdırmalar hətta ftorun dişdə dəliklər əmələ gətirmədiyini sübut etmişdir. Alimlər qida rasionunda ftor olmayan adamların dişlərində kariesin vaxtından əvvəl əmələ gldiyini də sübut etmişlər. Bu araşdırmalardan sonra Amerikada içməlli suyun tərkibinə ftor əlavə edilmişdir. Bəzi mənbələr bütün dünyada ftorlaşmanın getdiyini qeyd edirlər. Bunun səbəbi kimi isə aliminim zavodlarında kimyəvi ftorlu birləşmlərin diş pastalarına qatılması səbəbindən baş verir. Diş pastalarına qatılan ftoridlər isə aluminum zavodlarının zəhərli tullantı məhsullarıdır.
Orta yaşlı insanın gün ərzində ftora olan ehtiyacı 2-3 mq-dır. Biz bu ftoru qida və qəbul etdiyimiz su vasitəsilə alırıq.
Ftorun digər kimyəvi qidalar o cümlədən pasta vasitəsilə orqanizmı daxil olması isə çox zərərdir. Ftorlu birləşmələr orqanizm üçün ən təhlükəli sayılan kimyəvi maddələrdəndir. Onun orqanizmı toksiki təsiri qəbul edilən miqdarından asılı olur. Ftorun orqanizmdə normadan çox olması isə fosfor-kalsium balansının pozulmasına səbəb olur.
Ftorun tərkibindəki kolloid birləşmələr
Qalxanabənzər vəzin birləşdirici toxumasını zədələyir
İmmuniteti aşağı salır
Hüceyrədaxili sintez prosesini sürətləndirir
Fizioloji qocalmanı sürətləndirir
Behavioral Brain Research jurnalı ftor haqqında yazdığı məqaləlrdə onun insan beyninə təsir edərək Alsheymer xəstəliyinə və əqli zəifliyə səbəb olduğunu yazır. Yazılanlardan belə nəticə çıxarmaq olar ki, dişlərimiz üçün faydalı sayılan və pastanın tərkibində olan ftordan az miqdarda istifadə etmək lazımdır. Bəs ftorun zərəri məllum olduğu halda niyə diş pastalarına əlavə edilir?
Ftor ötən əsrin ortalarında Amerikada suya qatıldıqdan 20 il sonra yan təsirlərini görən alimlər bir çox ölkələrə bu təcrübədən istifadə etməməyi məsləhət bilib. Almaniyada suyun ftorlaşmasının qarşısı alınıb. Almaniyalı mütəxəssislər orqanizmin ftora olan ehtiyacını isə müxtəlif dərman vasitələri ilə almağa üstünlük verirlər. Hal-hazırda yanlız İrlandiyada və Amerikanın bəzi bölgələrində suyun ftoorlaşması həyata keçirilir. Amma, İrlandiyalı həkim Don Mak Oli suyun və diş pastalarının ftorlaşmasının zərərli olmasını yenə də öz yazılarında qeyd edir. Mütəxəssislər ftorun orqanizm üçün təhlükəli olduğunu qeyd edərək qidalar və ya reklam edilən pastalar vasitəsilə ftorlaşmanın əleyhinə çıxırlar.
məqaləmizdən yararlandınızsa yaxınlarınızla paylaşmağı unutmayın. (milli.az)