Kürdəmirin icra başçısı KİMƏ GÜVƏNİR... - İTTİHAM
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov barəsində yazmaq istəyərkən, bir xeyli mövzulara toxunmalı olduq.
Birincisi, Prezidentin sonuncu, 1 ay əvvəl, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da daxil olmaqla təyin etdiyi icra başçılarının Prezidentə verdiyi vədlərə nəzər salaq:
“İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə prinsipləri üzərində qurmaqla bu etimadı doğrultmağa çalışacağam”.
“Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağam”.
“Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm də çox böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün vəzifələri icra etmək, böyük etimadınızı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm”.
3 yeni icra başçısının cənab Prezident İlham Əliyevə verdiyi sözə baxdınızmı..?
Bəs nə baş verir ki, gedib kresloya oturan kimi bunlar rüşvətxor və korrupsioner məmura çevrilirlər..?
Hamısı deyir ki, cənab Prezident Sizin etimadınızı doğruldacam və s…
Belə icra başçılarından biri də Kürdəmirin yeni icra başçısı Elxan Oqtay oğlu İbrahimovdur.
Gəlin, görək, Elxan İbrahimov icra başçısı olanadək hansı yolu keçib..?
Elxan İbrahimovun rəsmi tərcümeyi-halından bəlli olur ki…
1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır.
Görəsən, Azərbaycanda normal, az-çox nüfuzlu bir ali məktəbə daxil ola bilməyən və Kooperasiya kimi məktəbi bitirən Elxan İbrahimov necə oldu ki, Stokholm İqtisadiyyat Məktəbində təhsil aldı..?
Bunlar hamısı başqa söhbətlərdir və bu məktəblər sadəcə dinləyicilərdən pulu alıb axırda sertifikat verir.
Aydın oldumu..?
Elxan İbrahimov Stokholmdan gələndən sonra 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Gördünüzmü, BDU-da, ən azı İqtisad Universitetində deyil, məhz Kooperasiya Universitetində…
Sonradan Elxan İbrahimov “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə işləyib.
Yəni bu adam köhnə dildə desək, “qostinsa”larda, indiki dillə desək otellərdə, nə bilim mebel şirkətində işləyib.
Və birdən 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2 il keçəndən sonra isə 2022-ci ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Paa, sən demə, Elxan İbrahimov “Həsənağanın qohumu imiş..”
Bəli bütün ölkə mediası yazır ki, Elxan İbrahimov vaxtilə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlifə İbrahimovun nəvəsidir.
Allah babasına rəhmət eləsin, ruhu şad olsun ee…
Lap tutaq ki, icra başçısı Elxan İbrahimov obrazlı desək, Həsənağanın nəvəsidir..
Bəs sonra..?
Axı, cənab Elxan İbrahimov, sən bütün cəmiyyətin qarşısında Prezidentə söz verdin ki, Sizin etimadınızı doğruldacam.
Cənab Elxan İbrahimov, sizin sələfiniz, yəni Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərova bu yaxınlarda 8 il 6 ay həbs hokmü oxundu.
Bəli, Ceyhun Cəfərov 2014-cü il tarixdən 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən sui istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
Həə, indi gələk mətləb üstünə.
Ceyhun Cəfərov bu cinayətlərin çoxunu RİH-də və digər idarələrdə çalışan şəxslərlə birgə edib.
Cənab Elxan İbrahimov, siz az vaxtda çalışdığınız üçün biz sizi ittiham etmirik.
Amma soruşuruq ki, Ceyhun Cəfərovun çetesi ilə nə tez dil tapa bildin..?
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:My Webpage