Ermənilərin maneə və təxribatlara baxmayaraq, Xarkovda Xocalı tədbiri baş tutdu
Ermənilərin maneə və təxribatlara baxmayaraq, Xarkovda Xocalı tədbiri baş tutdu
Ukraynanın Xarkov şəhərində erməni icmasının təxribatının qarşısı alınıb.
İSBAM mətbuat xidməti xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun və ictimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə “Sonsuz dəhliz” filmi nümayiş olunub. Bundan öncə Xarkovun erməni icması şəhərin dövlət strukturlarına müraciət edərək filmin nümayiş etdirilməsinə qadağa qoyulmasını istəyib.
Ermənilərin maneə və təxribatlara baxmayaraq, Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tələbələr zalında filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, soydaşlarımız və Xarkov şəhər sakinləri iştirak ediblər.
Tədbirin təhlükəsizliyini Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti qoruyub.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə baş tutub.