azia.az
azia.az

"İki qatarda 200-ə yaxın Azərbaycan vətəndaşı yola salınıb”

3-03-2022, 08:22

"İki qatarda 200-ə yaxın Azərbaycan vətəndaşı yola salınıb”- bunu açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
 "İki qatarda 200-ə yaxın Azərbaycan vətəndaşı yola salınıb”
Fəxri kosul deyib ki, artıq Fəxri konsulluq qeydiyyat aparmır: “Demişik ki, vətəndaşlarımız bir-birinə desinlər, kimlər kütləvi şəkildə gələ bilirsə, dəmir yolu vağzalına gəlsinlər, gedə bilməyənlər də dəmir yolu vağzalında növbəti qatarı gözləsinlər. Bu gün yola düşən iki qatarda yer olmadığı üçün qalan soydaşlarımız var, bu gecə yerli vaxtla saat 12.00 radələrində, o cümlədən sabah səhər saatlarında da bir qatar yola düşməlidir. Bu gün dəmir yolu vağzalında gözləmə zalında ayaq üstə durmağa yer belə olmayıb. Xarkovdan Lvova yolu düşən qatarlar ümumən əhalinin evakuasiyası üçün nəzərdə tutulub. Bu qatarlarla Azərbaycan vətəndaşları ilə bərabər, Xarkovda olan digər ölkələrin vətəndaşları, o cümlədən ölkənin daha təhlükəsiz bölgələrinə getmək istəyən Ukrayna vətəndaşları yola salınır ”.

Ə. Salmanov qeyd edib ki, Xarkov şəhəri də daxil olmaqla, Xarkov vilayətində 36 min Azərbaycan əsilli Ukrayna vətəndaşı yaşayıb. Vəziyyət gərginlənə qədər Xarkovda 2800-ə qədər azərbaycanlı tələbə, cümlədən Xarkova iş və digər məqsədlərlə müvəqqəti gəlmiş 50 min civarında Azərbaycan vətəndaşı olub.

Fəxri konsul vəziyyət gərginləşəndən bu vaxta qədər 1100-ə qədər Azərbaycan vətəndaşının Xarkovu tərk etdiyini söyləyib. Həmin Azərbaycan vətəndaşları Fəxri konsulluğun Xarkov vilayət rəhbərliyinə və digər müvafiq qurumlara müraciəti əsasında pulsuz biletlərlə təmin olunub: “Xarkovda hazırda vəziyyət gərgindir. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan vətəndaşlarının evakuasiyasına dəstək verməyə çalışırıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi