azia.az
azia.az

Oliqarxın şirkəti Neftçala sakinlərinin QƏNİMİNƏ ÇEVRİLİB - GİLEY

12-04-2022, 10:37

Oliqarxın şirkəti Neftçala sakinlərinin QƏNİMİNƏ ÇEVRİLİB - GİLEY
Neftçala rayon, Həsənabad qəsəbə sakinləri "Azər-Yod" MMC-yə məxsus yod zavodunda kimyəvi maddələrin atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşmadan şikayətçidirlər.

Narazı sakinlər bildirir ki, həmin zavodlarda təmizləyici qurğuların olmaması zəhərli maddələrin təbiətə buraxılmasının əsas səbəblərindədir.

Neftçala sakinlərinin şikayətinə səbəb olan "Azər-Yod" MMC məşhur oliqarx İsgəndər Xəlilova aid olan "İSR Holding"in nəzdindədir.


Oliqarxın şirkəti Neftçala sakinlərinin QƏNİMİNƏ ÇEVRİLİB - GİLEY

İsgəndər Xəlilov

Qeyd edək ki, İSR şirkətlər qrupu öz tarixinə 1995-ci ildən başlayıb. Qrupun təsisçisi və prezidenti İsgəndər Xəlilov yerli və xarici bazarlarda biznesin müxtəlif sahələrində nəhəng sahibkarlıq fəaliyyəti təcrübəsinə malikdir ki, bu da ona Azərbaycanın özəl sektorunda bu günə qədər ən iri strukturlardan birini yaratmağa imkan vermişdir.

İndi isə oliqarxın şirkəti Neftçala sakinlərinin qəniminə çevrilib.

Daha ətraflı aşağıdakı videoda:


İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi