azia.az
azia.az

Azərbaycanın Konstitusiyası təcili dəyişilməlidir - ÇAĞIRIŞ

11-04-2022, 11:20

Azərbaycanın Konstitusiyası təcili dəyişilməlidir - ÇAĞIRIŞ
“Bu günlərdə Milli Məclisdə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması, ümumiyyətlə, ölkə şəhərlərində Bələdiyyə institutunun gücləndirilməsi, birbaşa Mer seçkilərinin mümkünlüyü ilə bağlı müzakirələr olub, hətta bu yöndə iş getdiyi açıqlanıb. Bu işlərə çoxdan başlanılmalı idi. Çox gecikmişik. Hesab edirəm ki, vaxt itirmədən yeni Konstitusiya ilə bağlı işçi qrup da qurulmalı, iş sürətlənməlidir. Yeni Konstitusiya ölkədəki təməl sorunların, problemlərin həllini özündə ehtiva etməlidir”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, parlament proporsional qaydada seçilir, deputat sayı artırılır, hökumət Parlamentdən çıxır, sosial-iqtisadi blokun nazirləri və Baş Nazir Parlament tərəfindən və deputatlar arasından seçilir.
Yeni yaradılan 14 iqtisadi rayon (Qarabağ və Şərqi Zəngəzur və digər 12 iqtisadi rayon) inzibati-ərazi vahidinə çevrilir, həmin 14 inzibati-ərazi vahidinə Prezidentin şəxsi nümayəndəsi təyin edilir. Həmin səlahiyyətli şəxs birbaşa Prezidentə tabe olur və ancaq dövlət işlərinin koodinasiyası ilə, ərazidə Azərbaycan Konstitusiyasının qorunması ilə məşğul olur, iqtisadi və təsərrüfat işlərinə qarışmır. Yerli özünüidarə institutları gücləndirilir, İcra Hakimiyyəti institutu tam ləğv edilir, Böyük Şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrinin səlahiyyətləri artırılır, dəqiqləşdirilir və Bələdiyyə başçısı birbaşa seçkilər vasitəsi ilə seçilir. Məhkəmə hakimiyyəti yenidən yaradılır, bütün səviyyəli hakimlər ən azı 10 illik, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə hakimləri isə ömürlük təyin edilir. Hakimlərin üçdə birini Prezident, üçdə birini Parlament mütləq səs çoxluğu ilə təyin edir, yerdə qalan hissəsini isə hüquq camiəsi (hakimlər, vəkillər) özləri seçirlər:
“Bu məsələlər təməldən, kökündən həll olunmasa ölkədəki iqtisadi, sosial problemlər düzəlməyəcək, indiki xaotik dünyada məmləkətin qarşısına çıxan yeni çağırışlara çarə tapmaq mümkün olmayacaq”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi