azia.az
azia.az

Bundan sonra Gürcüstanda prezidenti xalq yox deputatlar seçəcək

23-04-2017, 10:00

Bundan sonra Gürcüstanda prezidenti xalq yox deputatlar seçəcək

Gürcüstanın konstitusiyasına dəyişikliklər layihəsi təsdiq edilib.

"Ölkə.Az" xəbər verir ki, Gürcüstan Konstitusiya Komissiyası səs çoxluğu ilə konstitusiyaya yenidən baxılmasına dair layihəni qəbul edib. Lahiyə son dörd ay ərzində ətraflı müzakirə edilib və işçi qruplar tərəfindən redaktə edilib.

Konstitusiyanın yeni modeli birbaşa prezident seçkilərinin ləğvini, parlament deputatlarının seçilmə sisteminin dəyişilməsini nəzərdə tutur. Habelə Təhlükəsizlik Şurasının ləğv edilməsi nəzərdə tutulur. Hərbi əməliyyatların aparılacağı təqdirdə Milli Müdafiə Şurasının iclası çağırılacaq.

Konstitusiya komissiyasının rəhbəri İrakli Kobaxidzenin sözlərinə görə, konstitusiyaya edilən düzəliş və dəqiqləşdirmələrin məqsədi prezident səlahiyyətləri və icra hakimiyyəti arasında dəqiq sərhədlərin çəkilməsidir.

Konstitusiyada həmçinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasına dair müvəqqəti fəsil əksini tapacaq. Bu fəsildə Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyası üçün Konstitusiya orqanları tərəfindən bütün lazımi tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, konstitusiya dəyişikliklərinin layihəsini komissiyanın 43 üzvü dəstəkləyib, 8 nəfər əleyhinə olub.

Ziya Səccad
Ölkə.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi