Zelenskinin geyindiyi paltarların markası və qiyməti - FOTOLAR
Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın hərbi əməliyyatları başladıqdan sonra geyim tərzi hər kəsin diqqətini cəlb edir.
Xəbər verilir ki, “UNİAN” Zelenskinin müharibədən sonrakı geyim tərzi ilə bağlı yazı dərc edib.
Bildirilib ki, müharibə başladıqdan sonra onun iş kostyumunu daha rahat geyimlər əvəz edib:
“Hətta rus işğalçılarının genişmiqyaslı işğalından sonra ukraynalılara ilk müraciətləri zamanı Zelenski xaki rəngli köynəkdə göründü və o andan etibarən hərbi geyimlər prezidentin vaz keçmədiyi tərzinə çevrildi”.
Eyni zamanda bəzi ekspertlər bir mühüm məqamı qeyd edirlər ki, prezident Ukrayna Silahlı Qüvvələrinin formasını geyinmir, bununla da o, vətəndaşlara hərbçilərin şöhrətini mənimsəmədiyi barədə siqnal verir:
“Zelenski “5.11”, “Hallyard”, “281.z” markalarının köynəklərini geyinərkən görüntülənib, onların qiyməti orta hesabla 400-600 qrivnadır (Təxminən 23,12-34,68 AZN – red.)”.
Bundan əlavə, Zelenski Ukraynanın “M-Tac” brendinin xaki rəngli yun gödəkçələrini və hərbi üslublu şalvar geyinir.
Ukrayna dövlət başçısının ayaqqabılarına gəlincə, onlar da ucuzdur. Belə ki, onun Buçaya 50 dollarlıq (85 AZN – red.) “Saucony” idman ayaqqabısı ilə gəldiyi gözdən qaçmayıb.