azia.az
azia.az

Göygöl sakinlərini DİNLƏYƏN YOXDUR - GİLEY

8-04-2022, 10:48

Göygöl sakinlərini DİNLƏYƏN YOXDUR - GİLEY
Göygöl rayonunun Molla Cəlilli kənd sakinləri yırtıcı heyvanların hədəfinə çevrilib. Kənd ərazisində küçə işıqlandırma sisteminiin olmaması səbəbindən gecələr yırtıcı heyvanlar kəndə soxulur, bəzi hallarda qadınlara və uşaqlara hücum edir. Burada yaşayanalar dəfələrlə sözügedən təhlükəni yaşayıb. Sakinlər vəziyyətin acınacaqlı olduğunu deyirlər.

Məlumat üçün bildirək ki, bu gün Molla Cəlilli kəndində təxminən 800-dən artıq ailə yaşayır. Kənddə elektrik enerjisi olduğu halda küçələri işıqlandırılmır. Əhalinin yaşadığı durumu gözlərimizlə görmək üçün gecə saatlarında yenidən kəndə yollandıq. Gördüklərimiz sözün həqiqi mənasında anormal idi. Yırtıcı heyvanlardan qorunmaq üçün kənd sakinləri gecələr qrup halında, bir neçə nəfər bir yerdə hərəkət edirlər. Belə olan təqdirdə yırtıcı heyvanlar sakinlərə hücum edə bilmir.

Molla Cəlilli kəndinin təhlükə qarşısında qalan küçələrinin nə zaman aydınlığa çıxacağı sualı ilə Göygöl rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən küçənin işıqlandırılması bələdiyyənin səlahiyyətindədir. Yerli bələdiyyə isə təhlükədən xəbərdardır. Görünən odur ki, Molla Cəlilli kəndinin sakinləri daha bir il gözləməli olacaq. Hər halda yırtıcı heyvanlardan qorunmaq üçün əhalinin daha bir il tədbirli olması məsləhətdir.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi