azia.az
azia.az

Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldu

3-04-2022, 15:04

Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldu
Məşhur ukraynalı yazıçı Yuri Ruf Luqansk vilayətində gedən döyüşlərdə həlak olub.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Yuri Ruf Rusiyanın Ukraynaya hücum etdiyi ilk gündən - fevralın 24-dən Silahlı Qüvvələrin 24-cü mexanikləşdirilmiş briqadasının sıralarına qoşulmuşdu. Martın 3-də ilk döyüşünə çıxan yazıçı dünən həlak olub.

Qeyd edək ki, Yuri Ruf 1980-ci ildə Ternopol vilayətində anadan olub. 14 yaşında şeir yazmağa başlayan yazıçının 2011-ci ildə "Yuri Ruf" təxəllüsü ilə yazdığı kitabı nəşr olunub.

Yuri Ruf 2015-ci ildə "Millətin Ruhu" ədəbi layihəsinin əsasını qoyub. Şair və ictimai xadim kimi tanınan yazıçı evli idi və iki qızı qalıb.

Aydın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi