MEK əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim olunub
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) partiya təşkilatının ümumi yığıncağı keçirilib.
İclasda çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının partiya təşkilatının sədri MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycanın gündən-günə möhkəmlənən mövqeyindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurlara imza atdığını, sıralarının hər gün daha da artdığını qeyd edib. Baş direktor həmçinin bildirib ki, Mərkəzi Elmi Kitabxana bir təşkilat olaraq YAP-ın ətrafında sıx birləşərək partiyanın siyasi istiqamətinin daim dəstəkçisidir.
Yığıncaqda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Təşkilatın sədri son zamanlar partiya sıralarına daxil olan kitabxana əməkdaşlarının sayının artmaqda olduğunu xüsusilə vurğulayıb. Bəxtiyar Nəbiyev, həmçinin bütün tədbir iştirakçılarını milli bayramımız olan Novruz münasibətilə təbrik edib. “Bu Novruzu biz daha sevincli qarşılayırıq. Bu Zəfər Novruzunu bizə yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq. 44 günlük Vətən müharibəsindəki dəmir yumruq ətrafındakı birliyimiz daimi olsun”- deyə YAP Yasamal rayon təşkilatının sədri çıxışı zamanı qeyd edib.
Sonra partiya sıralarına qəbul üçün müraciət edən bir qrup MEK əməkdaşına üzvlük vəsiqələri təqdim olunub və onlara uğurlar arzulanıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi