Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTO
Ukrayna kəşfiyyatı rusları mobil rabitə ilə təmin edən hakeri tutdu - FOTO
Ukrayna ərazisində rusiyalı hərbçiləri mobil rabitə ilə təmin edən haker Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Xəbər verilir ki, bu barədə UNİAN məlumat yayıb.
Ukrayna kəşfiyyatı müəyyənləşdirib ki, bir gündə adı açıqlanmayan hakerə minə qədər zəng edilib. Onların əhəmiyyətli bir hissəsi Rusiya ordusunun ali rəhbərliyindən olub.
Bundan əlavə haker Ukrayna təhlükəsizlik qüvvələrinə və dövlət qulluqçularına təslim olmaq və Rusiyanın tərəfinə keçmək barədə SMS göndərib. O, həmçinin Rusiya ordusunun qabaqcıl qruplarına əmr və göstərişlər ötürüb.
Saxlanılan hakerin bütün avadanlıqları götürülüb. Bildirilir ki, onun üzərində onlarla, hətta yüzlərlə öldürülmüş ukraynalının qanı var. (Azxeber)