azia.az
azia.az

İcra başçılarına QƏTİ TAPŞIRIQ: Onlayn qəbul LƏĞV OLUNDU - PA-dakı MƏNBƏ

5-03-2022, 12:48

 İcra başçılarına QƏTİ TAPŞIRIQ: Onlayn qəbul LƏĞV OLUNDU - PA-dakı MƏNBƏ
Prezident İlham Əliyev yerli şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi göstəriş verib .Bu barədə Gununsesi.info-ya Prezident Administrasiyasındakı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, ölkə başçısı yerli icra hakimiyyəti orqanlarının başçılarına vətəndaşların davamlı şəkildə qəbulunu həyata keçirməyi tapşırıb.
Qeyd edək ki, Covid 19 pandemiyası yayılandan bu günə qədər icra hakimiyyəti orqanlarında vətəndaş qəbulları ya dayandırılmışdı ya da onlayn şəkildə həyata keçirilirdi.
Lakin ölkə başçısı bir neçə gün əvvəl bu qaydanı dəyişib.
Artıq bundan sonra icra başçıları vətəndaşlarla üz-üzə onların problemlərini dinləyəcək.
Məlumata görə, artıü prezidentin bu qərarına əməl olunub.
Belə ki, bir neçə rayonda icra başçıları ilə sakinlərin birbaşa ünsiyyəti təşkil olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi