azia.az
azia.az

Qənirə Paşayeva icra başçılarına çağırış edib

24-05-2021, 17:36


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva icra başçılarına çağırış edib.

Azia.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri bildirib ki, bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm vermək lazımdır.

“Mən bununla bağlı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyinə çağırış edirəm”, - o vurğulayıb.

Q.Paşayeva qeyd edib ki, şəhid ailələri və qazilərin işlər təmin olunması vacib məsələdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istqamətdə işlər görür. Ancaq hər bir sahibkar, dövlət qurumu bu çağırışıma qoşulmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu istqamətdə işlər görülür: “Düzdür, bəzi problemlər var. Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin ailəsi anlayışı yoxdur. Ümumilikdə şəhid ailəsi var. Onların mənzil təminatının yaxşılaşdırılması ilə bağlı hazırda işlər gedir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi