Kəlbəcər təhsilinin yeyib-içən rəhbəri... - O da Cavid Qurbanova güvənir...
"Son bir ildə Təhsil Nazirliyi tərəfindən kadr siyasətində ciddi səhvlər baş verir. Savadı və ixtisası olmayanlar hansı yollarlasa vəziə başına gətirilir və təhsilimiz acınacaqlı vəziyyətə düşür. Bir o qalıb ki bacarıqli bir usta tapıb qoyalar rəhbər, bəlkə tökülüb-söküləni düzəldə! Sözün əsl mənasında bu rayonun təhsilinə “təmir “ lazımdır, özüdə rus demiş "kapitalnı". Bəli ele peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi... Təhsil Nazirliyi tərəfindən qoyulub Kəlbəcər təhsilinin başına. Son vaxtlara qədər rayon təhsili ancaq yaxşı xəbərlərlə gündəmdə olunurdu. Nə yazıq ki, yeni təyin olunmuş yanlış kadr olan Namiq Rəcəbov “yeyib-içən oglan“ imici qazansa da bu ona bəs eləmir, Kəlbəcər təhsilində də "yeni kəşflər" etmək istəyir."
DİA.AZ-a məlumat verən mənbə bildirir ki, Təhsil haqqında Qanunda və Rayon Təhsil Şöbəsinin Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu kateqoriyaların hec biri olmayan, yalniz ixtisas kursu keçmiş birisi necə təhsil şöbəsi müdüri kimi məsul bir vəzifəni yerinə yetirə bilər?. Hansı pedoqoji fəaliyətinə görə Nazirlik bu şəxsi belə bir məsul vəzifəyə təyin edib. Təyin olunan bu kadr inşaat mühəndisi ixtisaslıdır. Bu necə olur?" Təhsil Nazirliyimiz niyə bu məntiqnən kadr islahatı aparır? İxtisasartirma kursu keçsək, deməli, onda hər bir sahədə rəhbər ola bilərik?!. Müdir qalsın bir yana, bəs, niyə qanunvericiliyin tələbləri pozularaq təhsil şöbəsindəki vəzifə daşıyan inspektorlar da 5 ildən artıq pedoqoji təcrübəsi olmayan kəslərdir. Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi vaxt tapıb monitorinq aparsa Təhsil şöbəsini çox guman qapısına möhür vurar.
Mənbə sual edir ki, şöbədə hansı təhsil ocagına dogru-düzgün invertar və ya təsərrüfat malları verilib. 109 təhsil ocagından 1-2-si təmin ola ya olmaya. Bir muəllim bildirir ki, sinif baglanmasin deyə yigilan pullar dodaq uçuqladır. Harda "çörək" yoxdur ora baglanır. Harda "çörək" var o da qalır, çox agıllı adamdır yeni müdir, sözün həqiqi mənasında əsl biznesmendir.
Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, Gəncə 8 saylı ərazi maliyyə hesablaşma mərkəzi və Kəlbəcər rayon təhsil şöbəsi arasındaki son bir neçə aydakı qalmaqallar səngimir. Araşdırmamızdan və bizə verilən məlumatlardan görünür ki, bu iki təşkilatda hələ də gizli şəkildə olsa da qalmaqal yaşanır. Əcəba, burda kimlər nəyi bölə bilmir? Maliyyə monitorinqi aparan lazımdır, belə yerdə tam yeridir, desək daha dogru olar. Məlumatların birində qeyd olunur ki hətda yeni müdir qabagına çıxana: "Mənim təhsil Nazirliyindəki adamım arxamda durub, kürəyimi Allah da gələ yerə vurmaram." deyir. Adamı kimdir??? Ən azından yeni Nazirimiz deyil. Deməli köhnə kadrdır. Adı lazim deyil! Baş hərfi (F). Türk mügənnisi demişkən )). Elə o adam illərdir kadr alıs-verisi aparır.
Mənbə bildirir ki, Cənab Prezidentimizin fərman və tapşırıqları belə yeni müdürə keçmir, "Üstü bəzək, içi təzək” təhsil şöbəsinin yalnız yeni müdiri yox, eləcə də bəzi əmakdaşları da öz ixtisası üzrə isləmir. Hətda xaricdə saxta texnikom bitirmis, Azərbaycanda belə tanınmayan diplomlarla təzə müdir özünə komanda yıgıb. Halal olsun, Təhsil necə deyərlər uçur, havadadır.
Əlbətdə ki, elə buna görə də Kəlbəcər təhsil bu gundədir. Sual olunsa ki, bu günə qədər təzə müdir Kəlbəcər Təhsilinə nə töhvə verib? Ancaq narazılıqlarlıq, şikayətlər, bəzi apardıgı yanlış islahatlar nəticəsində işdən çıxarılan işçilər, ac-yalavac qoyulan ailələr, uşaqlar... Heç olmasa hansısa şəhid, hansı qazi ailəsini sevindirib, texniki bir işlə təmin etdimi? Xeyir. Məlumatlara görə bəzi qazi ailələri Təhsil şöbəsinə buraxılmır. Bakıda Tolik, Gəncədə Namiq... eyni əqidəli iki şəxs, iki paytaxt şəhərlərində. Amma özü içki butulkası qabagında, kefi-damağı cag, yaman da pəstə-pəstə vurur... Allah kefinizi pozmasın . Pandemiyanın tugyan etdiyi bir vaxta Cənab Prezidentimiz bildirir ki axı heç bir müəssisə rəhbəri işçini işindən azad etməsin. Birlik olsun ölkədə rifah olsun. Son 7 ayda artıq saysız işçilər işdən çıxarılıb. Sual olunur təzə müdir Kəlbəcər təhsil ocaqlarında üsyan hazırlayır?
P.S
Demək olar ki, hər gün televizoru açırsan Kəlbəcər məktəbi, sosial şəbəkəyə girirsən, biri əlində qılınc, biri qabagında spirtli içki, biri millət vəkillərinə şikayətdə, biri Nazirimizə şikayət, biri muraciət... Bunların hamsı yanlış idarəetmə ve ixtisas savadsızlıgının əyani göstəricisidir Əvvəlki illərə nəzərə salsaq Kəlbəcər təhsilinin adı indiki kimi bu qədər neqativ hallanmamışdı. Nazirlik bu haqda ciddi tədbir görməlidir. YOXSA... Daima Dədə Şəmşir kimi ziyalıların ocagı olmuş bir ziyalı yurdu Kəlbəcərin Təhsili daha acınacaqlı vəziyət alacaq. Bu Kəlbəcərin adına,.anına layiq deyil. Kəlbəcəri yagı düşməndən aldıq. amma Təhsili deyəsən “yad əllərdə“dir Kəlbəcərin güclü ziyalıları, şairləri, yazıçıları, elm adamları, musiqiçiləri var. Bir səhf niyə düzləri aparmalıdır? Dədə Şəmşir yurdunun təhsili adına niyə ləkə gəlsin.
ARDI VAR
Kəlbəcər Təhsil Şöbəsindən nə qədər çalışsaqda fikir öyrənə bilmıdik.
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Mənbə:My Webpage