azia.az
azia.az

MEK Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar hazırladığı virtual sərgini təqdim edir

19-01-2022, 21:09

MEK Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar hazırladığı virtual sərgini təqdim edir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) qan yaddaşımıza əbədi həkk olmuş Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb.
Virtual sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə məlumatlar, kitablar, qəzet və jurnal məqalələri nümayiş etdirilir.
Burada Aydın Balayev, Rasim Mirzənin “20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Ülvi Bünyadzadənin “Bir ölümün acığına”, Qulu Kəngərlinin “Qara yanvar şəhidləri. Шехиды черного января” və “Erməni lobbisi... Azərbaycan faciəsi”, Abdulla Qurbaninin “Şəhidlər dastanı”, Əsgər Abdullayevin “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən”, Aydın Rüstəmovun “Erməni Təcavüzünün Xronikası”, Valeriy Vıjutoviç, Vasif Səmədovun “Müdaxilə” (1993), İlqar Əliyevin “Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr”, Sona Həsənlinin “Şəhidlərimiz – qürur yerimiz” və digər kitablar sərgilənir. Kitablarda 1988-1990-cı illərdə Azərbaycanda gedən və son nəticədə 20 Yanvar hadisələrinə gətirib çıxarmış proseslər təhlil olunmuş , eləcə də 1990-cı ilin qanlı yanvarından başlayaraq son vaxtlara qədər xalqımızın azadlığı, Vətənimizin müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər daxil edilmişdir.
Nəşrlər sırasında Sevinc Ədalətqızının “Yanvardan sonra çalınan “Vağzalı” romanı və “Yanvar təlatümü” sənədli romanı, Məmməd Səid Ordubadinin “Qanlı illər” tarixi əsəri də öz yerini tapıb.
Linkə daxil olaraq virtual sərgini izləyə bilərsiniz.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi