"Şuşa və Hadrutdan köçən 260 hay ailəsi Xankəndidə yeni binalara köçürülür - FOTOLAR
Xankəndinin Tumanyan küçəsində Ermənistanın "Hayastan” fondu tərəfindən tikilən yaşayış kompleksi artıq hazırdır və öz sakinlərini gözləyir, erməni mediasının yazdığına görə, bu barədə "Hayastan” ümumerməni fondu məlumat yayıb.
"Şuşa və Hadrutdan köçürülmüş 44 günlük müharibənin qurbanları olan 260 ailə artıq öz mənzillərinə sahib olacaq”- xəbərdə deyilir.(moderator)