SON DƏQİQƏ! Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Kəlbəcərin bu kəndi…
44 günlük savaşdan sonra bu kəndə azad edilmiş digər torpaqlarımızdan daha 11 erməni ailəsi köçürülüb…
Ermənilər Kəlbəcər rayonunun “Vaquas” adlandırdıqları Qozlu kəndinin tarixi haqqında saxtalaşdırılmış məlumat yayıblar.
Azia.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərdən biri belə yazır: “Vaquas icmasının çox qədim tarixi var. Kənddəki VII əsrə aid qəbir daşı buna sübutdur”.
Yəni separatçı rejim iddia edir ki, guya VII əsrdə bu kənddə ermənilər yaşayıb.
Xəbərdə deyilir ki, kənddə yaşayan 709 ermənidən 230-u uşaqdır. Qozludakı erməni uşaqları üçün “Hayastan” ümumerməni fondu tərəfindən tikilmiş və 2012-ci ildə istifadəyə verilmiş 240 şagird yerlik məktəb fəaliyyət göstərir.
44 günlük savaşdan sonra Kəlbəcərin bu kəndinə azad edilmiş digər torpaqlarımızdan daha 11 erməni ailəsi köçürülüb.
Xatırladaq ki, Moderator.az ötən ilin noyabrında bu kənd haqqında “Kəlbəcərin bu kəndindəki hər erməni arvad orta hesabla 8-12 uşaq doğub…” başlıqlı yazı da verib(bax: ).
Zəruri arayış:
Qozlu (əvvəlki adı “Vaquas”) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənddir.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Vaquas olub.
Tarixi
Qozlu kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Və Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri olub.
1992-ci ilin payızında Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Qozlu kəndi Ermənistan işğalçı qüvvələrindən təmizlənib. Lakin 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən yenidən işğal edilib. Kənd uğrunda neçə-neçə şəhiqimiz və yaralımız olub…
Kənd Qarabağ silsiləsinin yamacında, Sərsəng su anbarının cənub-qərbində, Umudlu çayının yaxınlığındadır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ilin dekabrında əsl, keçmiş adi bərpa edilib.
Oykonim “qoz ağacları ilə zəngin” mənasındadır…
mənbə: Moderator.az