azia.az
azia.az

Bakıda narkomanların yuvası aşkarlandı: Əraziyə əməliyyat qrupu gəldi - VİDEO

23-02-2022, 08:42


Paytaxtın Yasamal rayonu ərazisində narkomanlar baxımsız vəziyyətdə olan ərazini öz məskənlərinə çeviriblər. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri narahat edir.
Bakıda narkomanların yuvası aşkarlandı: Əraziyə əməliyyat qrupu gəldi - VİDEO
Xəbər verilir ki, ''Xəzər Xəbər'in əməkdaşları' sakinlərin şikayəti əsasında həmin ərazidə olub.

Məlum olub ki, həmin əraziyə istifadə olunmuş çoxsaylı şprislər atılıb. Baxımsız vəziyyətdən istifadə edən narkomanlar ərazidə narkotik qəbul edirlər.

Yaxınlıqda yaşayan sakinlər və parkdan istifadə edən vətəndaşlar isə buradan ehtiyatla keçirlər.

Uzun müddətdir ki, sakinlərin bir hissəsi ərazidən köçürülərək evlərin əksəriyyəti sökülüb. Ancaq bəzi evlər var ki, orada hələ də insanlar yaşayır. Onların iddiasına görə, gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri hara gəldi atırlar.

Sakinlər iddia edirlər ki, narkotik qəbul edənlər yaxınlıqda yerləşən parka da gedirlər. Onlar bəzi hallarda parka istirahətə gələn sakinlər üçün problem yaradırlar.

Sakinləri narahat edən problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə dəqiqədən sonra əraziyə polis əməkdaşları və əməliyyat qrupu gəldi.

Nazirlikdən bildirilib ki, problemin həll olunması üçün ərazi nəzarətə götürüləcək və burada fasiləsiz polis naryadları xidmət aparacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi