azia.az
azia.az

Ədliyyə Nazirliyi hökumətə müraciət etdi

16-02-2022, 16:23

Ədliyyə Nazirliyi hökumətə müraciət etdi
Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib.

E-huquq.az xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi