azia.az
azia.az

Bakıda işdən evə qayıdan qadına küçədə təcavüz edildi

18-01-2019, 11:46

Bakıda işdən evə qayıdan qadına küçədə təcavüz edildi

Azia.az xəbər verir ki, Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb.cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.

Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.

Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.

Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub.

Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.

Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.

Təcavüzkar qadının çənəsini sındırıb. Polis zərərçəkmişi xəstəxanaya çatdırıb.

İlkin araşdırma zamanı məlum olub ki, qadın piyada işdən qayıdırmış. Həmin vaxt Loktinov ona yaxınlaşaraq danışmağa başlayıb. Əvvəlcə qadın naməlum şəxslə danışıb, lakin sonra nə isə hiss edərək kişidən yaxasını qurtarmağa çalışıb.

Amma əlverişli məqam gözləyən kişi qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Sonra isə ona təcavüz edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi