azia.az
azia.az

Azərbaycanda referendum keçirilə bilərmi?

7-02-2022, 12:43

Azərbaycanda referendum keçirilə bilərmi?
“Azərbaycanda paralel strukturların fəaliyyəti müşahidə edilir. Bu, doğru deyil. Prezidentli respublikalarda vitse-prezident institutu formalaşdırılıbsa, baş nazir institutu olmur. Bizdə isə bu, hələ də mövcuddur. Paralel strukturların fəaliyyəti cəmiyyətə psixoloji olaraq düzgün təsir bağışlamır. Əhalinin bir qismi, ümumiyyətlə, kimin hansı işlə məşğul olduğunu bilmir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, zaman dəyişir, ictimai münasibətlər inkişaf edir: “Azərbaycan da gənc dövlətdir, ona görə Konstitusiyada bəzi dəyişikliklərin edilməsi zəruridir. Bəzən deyirlər ki, ABŞ-ın 1776-cı ildə qəbul edilmiş Konstitusiyası dəyişmədiyi halda, bizim Konstitusiyaya bu qədər dəyişiklik edilməsi normal deyil. Bu fikri doğru qəbul etmirəm. ABŞ Konstitusiyası referendum keçirilərək yenidən tərtib edilməsə də, müəyyən dəyişiklik və əlavələr edilib. Hesab edirəm ki, müəyyən müddətdə dövlətlərin Konstitusiyasının dəyişdirilməsinə ehtiyac yarana bilər. Əgər vitse-prezident qəbul etmişiksə, Nazirlər Kabinetinin strukturunda dəyişiklik aparılmalıdır”.

T.Kərimli qeyd edib ki, bir sıra partiyaların və beynəlxalq təşkilatların proporsional seçkinin bərpası ilə bağlı da tələb və təklifləri var: "Həmçinin, parlament üzvlərinin sayını 200-250 nəfərə çatdırmaq olar. Bunun üçün yenidən seçkilərin keçirilməsinə də ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, deputatlar da növbədənkənar seçkilərin keçirilməsini istəmirlər. Yəni, proporsional seçki nəticəsində parlament üzvlərinin sayını artırmaq mümkündür. Qısacası, müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Bir neçə il əvvəl Vəhdət Partiyasının adından Prezident Administrasiyasına 32 sayda dəyişiklik ilə bağlı müraciət etmişdim. Hesab edirəm ki, onlardan ən aktual olanlar məhz bunlardır"

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi