Omikronun ən gizli 3 əlaməti elan edildi - ALİMLƏR
Britaniyalı alimlər "Omikron"un dörd gizli əlaməti barədə xəbərdarlıq ediblər. Onların bununla bağlı araşdırmaları "The Sun"da dərc olunub.
Mütəxəssislərin sözlərinə görə bu simptomların sırasında yorğunluq birinci gəlir. Araşdırmalara görə, koronavirus xəstələrinin 62 faizində tükənmə hiss olunur.
Alimlər vurğulayıblar ki, yorğunluq həm COVID-19 infeksiyasının ilkin əlaməti ola bilər, həm də başqa səbəbdən baş verə bilər.
Əzələ ağrıları
"Omikron"un başqa bir simptomu bədənin koronavirusa reaksiyasından qaynaqlanan əzələ ağrıları və əzginlikdir", - deyə mütəxəssislər bildirib.
İştahsızlıq
Bu ştammın daha bir əlaməti kimi iştahsızlıq göstərilib.
"Omikron"a yoluxan insan iştahını itirə və başında duman hiss edə bilər. Qeyd edək ki, bu simptom "Delta"da da müşahidə edilir", - deyə təqdiqatçılar əlavə ediblər.
Ürəkbulanma
"Bundan əlavə, ürəkbulanma və ishal da COVID-19 infeksiyasını göstərə bilər. Bu simptomlar çox vaxt koronavirusun digər əsas təzahürləri, məsələn, boğaz ağrısı və ya qoxu itkisi ilə müşayiət olunur", - deyə onlar bildiriblər.