azia.az
azia.az

Bu şəxslərə 300 manat kirayə pulu veriləcək - VİDEO

9-01-2022, 10:47


Sumqayıt şəhəri 4 saylı xəstəxanadakı yanğından zərər çəkən vətəndaşlara maddi yardım olunacaq.
Bu şəxslərə 300 manat kirayə pulu veriləcək - VİDEO
Azia.az İTV-yə istinadən xəbər verir ki, Səhiyyə müəssisəsinin yanğın baş verən birinci mərtəbəsində məskunlaşan məcburi köçkünlər təmir başa çatanadək 300 manat kirayə pulu alacaqlar.

Bunu Qubadlı rayon icra hakimiyyətindən bildiriblər. Qurum eyni zamanda yanğından zərər çəkən ailələrə yataq dəstləri və mebel yardımı ediləcəyi vədini verib. Hazırda sakinlər çox az sayda qalan istifadəyə yararlı əşyalarını yanan mənzillərindən çıxarmaqla məşğuldurlar.

Bildirdiklərinə görə qadınlar, uşaqlar və yaşlılar gecəni qohum-əqrabalarının evlərində keçiriblər. Kişilər isə ərazidə əşyalara nəzarət üçün qalıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi