azia.az
azia.az

MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilib

17-12-2021, 21:17

MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında şöbələrarası 2021-ci ilin hesabat müsabiqəsi keçirilib.
Öncə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək, müsabiqənin keçirilməsini işin inkişafının artırılması və kitabxana fəaliyyətində daha yüksək nəticələrin əldə edilməsi baxımından yüksək dəyərləndirib. Əməkdaşların fəallıq göstərərək öz işinə müsbət meyillənməsinin sağlam rəqabətə stimul verdiyini bildirən baş direktor, çıxışının sonunda müsabiqəyə qatılan şöbələrə uğurlar arzulayıb.
Daha sonra MEK-də fəaliyyət göstərən şöbələr 2021-ci il ərzində gördükləri işləri videoçarx, slayd və yazılı formatda təqdim ediblər. Fəaliyyətini ən yaxşı və doğru-düzgün əks etdirən şöbələr qalib seçilib.MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilibÜç gün davam edən müsabiqənin sonunda münsiflərin qərarı ilə I yerə “Qarabağ müharibəsi qəhrəmanları” fondu, II yerə Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi (MRY) və III yerə isə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Biblioqrafiya və Komplektləşdirmə şöbələri layiq görülüblər.
Qeyd edək ki, şöbələr qazandıqları pul mükafatını könüllü olaraq “YAŞAT” Fonduna ianə edəcəklər.
I yerin qalibi olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun fəaliyyətini əks etdirən videomaterialı izləyicilərə təqdim edirik.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi