azia.az
azia.az

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı (FOTO)

15-12-2021, 12:16

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı (FOTO)
Azərbaycanlı iş adamı Manhettendə iki binadan üç mənzil alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, iş adamının adını açıqlamasa da, mənzillərin dəyərinin 5.5 milyon dollar olduğunu qeyd edib.

Həmin binaların fotosunu təqdim edirik:

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı (FOTO)

Qeyd edək ki, Manhetten ABŞ-ın Nyu-York şəhərinin 5 əsas bölgəsindən biridir, şəhərin mədəniyyət və ticarət mərkəzi sayılır. Burada bir çox məşhur muzeylər, universitetlər və turizm zonaları var. Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının baş qərargahı da Manhettendə yerləşir.

Manhetten ABŞ-da iş yerlərinin sayına görə birinci yerdə durur. Nyu-York birjası və NASDAQ məhz buradadır. Manhetten adına ilk dəfə Robert Juetin səyahət dəftərində rast gəlinir. 1610-cı ilə aid bir xəritə də Manhettenin adı qeyd olunur. Manhetten lenap dilində "bir çox təpədən ibarət olan ada" mənasını verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi