Azərbaycan tərəfindən Ermənistana qaytarılan əsgərlər həbs edildi
Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycandan Ermənistana qaytarılan on hərbçidən beşini həbs edib. Bu barədə Ermənistan KİV-ləri ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadən xəbər yayıb.![]()
“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində beş hərbçi saxlanılıb”, – Tadevosyan deyib.
Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.