azia.az
azia.az

Saxta pensiya ilə mübarizədə incə məqam: - Gərginliyi kimlər artırmağa çalışır?

8-12-2021, 22:12


Avqust ayında yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən yuxarıdır.
Saxta pensiya ilə mübarizədə incə məqam: - Gərginliyi kimlər artırmağa çalışır?
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Pensiya alanların 60 faizini qadınlar, 40 faizini isə kişilər təşkil edir. 2021-ci ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı isə 124,7 min nəfərdən çox olub.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondunda ümumilikdə 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq 343,2 manat məbləğində olacağı proqnozlaşdırılır. Bu, Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Rəydə bildirilib ki, əmək pensiyalarına dair tərtib edilmiş statistik hesabata əsasən cari ilin əvvəli ilə müqayisədə ilin I yarısında əmək pensiyaları üzrə ümumi orta aylıq pensiya məbləği 26,6 manat (8,8%), o cümlədən yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,0 manat (10%), ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8%) artıb.

Qeyd edək ki, son vaxtlar əlilliklə bağlı pensiyaların verilməsi istiqamətində yaranan problemlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. ƏƏSMN bu sahədə mövcud vəziyyətlə bağlı bildirdi ki, bir sıra əlillik dərəcələri saxta yolla əldə edilib və bu istiqamətdə dəqiqləşdirmə aparılır. Lakin bu gün sosial şəbəkələrdə yaşa görə pensiya alanların siyahısında saxta yolla pensiya əldə edənlərin də olması ilə bağlı fikirlər öz əksini tapır. Qeyd edilir ki, dövlət işlərində, o cümlədən müxtəlif vəzifələrdə çalışan bəzi vətəndaşlar özlərinə yüksək miqdarda pensiya əldə etmək üçün saxta sənədlərdən istifadə ediblər və hazırda da yüksək məbləğdə pensiya alırlar.

Yaşa görə saxta əmək pensiyası əldə edilməsi faktları mövcuddurmu və bu istiqamətdə hansı tədbirlərin görülməsi mümkündür?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda bəzi pensiyaçıların pensiyası yüksəkdir və DSMF bununla mübarizə aparır:

“Ancaq bu mövzuda danışan yoxdur. Bu sahədə vaxtilə qanunsuz yolla pensiyalar təyin olunub, indi də qanunsuz alanlar tələb edirlər ki, bizim pensiyanı verməlisiniz.

Qanunsuzluqları aradan qaldırsaq, fondun pulu çox olanda pensiyaları artırmaq olacaq. İşləyən şəxslər olub ki, dövlətdə yüksək vəzifə tutub, ancaq ona o qədər pensiya düşmədiyi halda qanunsuz yolla vaxtilə yüksək pensiya təyin etdiriblər. Yaxud da məhkəməyə verib ki, mənə ötən illər üzrə bu qədər pensiya verilməli idi, məhkəməni qazanıb və Pensiya Fondundan yüksək məbləğdə vəsait əldə edib.

Bu gün pensiya ilə bağlı tələblərin arxasında da vaxtilə qanunsuz yolla pensiya düzəldənlər durur. Onlar qorxurlar ki, vaxtilə qanunsuz aldıqlarını onlardan tələb edəcəklər. Əgər həqiqətən də əlilliyi varsa, haqqıdırsa o pensiyasını almalıdır. Burada söhbət qanunsuz əlillərdən söhbət gedir. Həmin pensiyaların yanında bu, o qədər də ciddi pul deyir, ancaq o barədə heç kim danışmır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, son zamanlar bu sahə çox qəlizləşdirilib, çünki saxtakarlıq yolu ilə əlillik pensiyası alanlarla ona haqqı olanların hüquqları qarışdırılıb:

“Çox sayda insanlar da var idi ki, onların haqqı da çatırdı. Ancaq müxtəlif səbəblərə görə onların təqaüdləri də ləğv olunub və bu, apellyasiya komissiyalarının normal fəaliyyət göstərməməsinin, ciddi araşdırmaların olmamasının nəticəsidir.

Haqqı olmayanlar, müxtəlif üsullarla sənəd əldə edənlər, hələ də təqaüd almaqda davam edənlər var. Ancaq haqqı çatanlar bir neçə aydır ki, təqaüddən məhrum olublar. Apellyasiya şikayəti ilə bağlı çox çətin bir prosedur və növbələr var ki, insanlar həftələrlə gözləməli olurlar. Paralel olaraq araşdırmalar da səngiyib. Ona görə də bu ikitərəfli narazılığa səbəb olub. Həm saxta yollarla təqaüd alanların hələ də mövcudiyyəti bir problemdir, həm də buna haqqı çatanların, ancaq müxtəlif səbəbdən bundan məhrum olanların hüquqularının bərpa olunması da ciddi problem olaraq qalır.

Əgər bu gün yaşla bağlı pensiya alanlar arasında da saxta yolla onu əldə edənlər varsa, dövlətin borcudur ki, onu araşdırsın, cəzalandırsın. Belə faktların olması mümkündür. Ancaq o faktların ortaya çıxarılması hüquq-mühafizə orqanlarının və müvafiq qurumların işidir.

Bununla bağlı araşdırmalar aparılmaldır. Dövlət qurumlarında, yüksək vəzifədə çalışanlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək belə əməllər törədiblər. Dövlətin borcudur ki, onları açığa çıxarsın. Bu tipli qaydaların olmasına görə hanısısa cəza mexanizmi işə düşsün”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi