Məxmər dəvətnamələr və qızılı zərlər -Milli Kitabxanadan...
M.F.Axundov adına Milli Kitabxana mətbəə məhsullarının və xüsusi təbrik açıqcalarının satın alınması ilə bağlı tender proseduruna yekun vurub.
Azia.az 32gun.az-a istinadən xəbər verir ki, ölkənin baş kitabxanası müxtəlif növ çap məhsullarının tədarükü üçün iri məbləğdə müqavilə imzalayıb.
Satınalma müsabiqəsinin nəticələrinə əsasən, Milli Kitabxana “AZPROFİN SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Bağlanmış müqavilənin ümumi dəyəri 39 999,12 AZN təşkil edir.
Sifariş siyahısında kitabxananın həm gündəlik fəaliyyəti, həm də əlamətdar günlər üçün nəzərdə tutulan məhsullar yer alıb. Maraqlı detallardan bəziləri bunlardır:
Eleqant Açıqcalar: Yeni il, 8 Mart, Novruz və Zəfər Günü üçün 800-dən çox xüsusi təbrik açıqcası. Bu açıqcalar məxmər kağızdan, qızılı zər basqılı və iki tərəfli UV çaplı olacaq.
Kitab Cildləri üçün Karton: Bərpa və cildləmə işləri üçün 1250 ədəd yüksək qalınlıqlı (2.5 mm) A1 formatlı karton.
Ofset Kağızı: 1150 paçka A3 formatlı yüksək keyfiyyətli kağız.
Dəvətnamələr: Xüsusi tədbirlər üçün eksklüziv dizaynlı konvertlər.... Və.sairə...
Ayaz