azia.az
azia.az

“Aqro Kompleks Qəbələ” MMC-də narzılıq daha da şiddətlənir

24-10-2021, 17:47

“Aqro Kompleks Qəbələ” MMC-də narzılıq daha da şiddətlənir
“Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksindən şikayətlər səngimək bilmir.

Bu barədə dosye.org- a məlumat verən mənbə vurğulyır ki, tənqidi məqalə yayımlandıqdan sonra rəhbəlik daha da sərt addımlar atmağa başlayıb. Belə ki, saytımızda yayımlanan “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində işçi qurupu istismar olunur” başlıqlı məqalə adı hallanan kompleksdə işçi qurupunun şikayəti əsasında dərc edilmişdir. Tənqidlərə dözə bilməyən Qəbələ Aqro Kompleks MMC-nin rəhbəri Oktay Nağıyev tabeçiliyində olan əməkdşlara göstəriş verib ki, təcili həmən şəxs tapılmalı və öz cəzasını almalıdır. Bunlardan əlavə işçilərin mobil telefonları alınaraq bir-bir yoxlanılıb. Maraqlı məqam ondan ibarətdir ki, böyük bir müəssisənin rəhbər şəxsi sanki işçilərdən qisas alır, onları istismar etməyə borcludur. Bu dəqiqələrdə redaksiyamızla əlaqə saxlayan (adı şərtdir:) MMC-nin fəal işçilərdən biri bildirir ki, artıq rəhbərliyin göstərişi əsasında məlumatı ötürən şəxs axtarılır. Vətəndaşın sövlərinə görə, şübhəli şəxslərin təcili işdən azad olunacağı və digər üsüllarla hədələndikləri söylənilib. Hətta bir neçə işçinin işdən güya öz ərzəsi ilə çixdiğina dair ərzə də alınıb.


Dosye.org olaraq bildiririk ki, Qəbələ Aqro Kompleks MMC-nin rəhbəri Oktay Nağıyevin atdığı addım bir başa dövlətə və dövlət başçısına qarşı atılmış addımdır. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, məmur özbşınalıqlarına son qoyulmalıdır. Diqqətinizə çatdıraq ki, belə hallar barədə şikayətlər daxil olur və araşdırılmasına şəxsən ölkə başçısı özü göstəriş verir. Təəssüf hissi ilə qeyd etməliyik ki, hazırkı durumda sadə vətəndaşlar şikayət etmək iktidarılnda deyil. Yəni, onların təhlükəsizliyinə heç bir təminat verilmir. Çünki, “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksində yaşanan hadisələr sübüt edir ki, işçi qurupu hədələndikləri üçün çəkinir, bir sözlə MMC-nin rəhbəri Oktay Nağıyevin qəzəbinə tüş gələcək. Kompleksdə gestpol rejiminin tədbiqi isə lazımı qurumlar tərəfindən araşdırılmalıdır. Belə olan halda vətəndaşlar öz hüquqlarını tələb edəcək, eyni zaman da narazı kütlənin də sayı azalacaq.

Bir məlumati nəzərinizə çatdıraq ki, Vətən müharibəsi zamanı kompleksdə Azərbaycan və Türk bayraqlarının qaldırılması qadağan edilib. Bu işdə isə Əbülfəz Məlikovun rolu olduğu bildirilir. Məlum məsələdir ki, Ə. Məlikov Vətən mühribəsi zamanı orduya heç bir yardım etmədi, əksinə bütün imkanlardan istifadə edərək iki qardaş xalqın bayraqlarının dalğalanmasının qarşısını alıb.

Növbəti yazılarımızda hüquqları tapdalanan Qəbələ Aqro Kompleks MMC-nin zəhmətkeş işçilərinin prezidentə mürciətini təqdim edəcəyik. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi