azia.az
azia.az

Qarabağdakı erməni silahlılarına qarşı əməliyyat keçirmək təklif edildi - VİDEO

16-10-2021, 09:21


Azərbaycanın qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı keçirmək hüququ var.

Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin plenar iclasında deyib.
Qarabağdakı erməni silahlılarına qarşı əməliyyat keçirmək təklif edildi - VİDEO
O bildirib ki, son vaxtlar Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri aktivləşib. Bu hal həm də birbaşa Rusiya sülhmərmalılarına qarşı atılan addımdır.

Qeyd edək ki, iclasda millət vəkilləri icbari tibbi sığorta ilə bağlı vətəndaşların qarşılaşdıqları problemləri dilə gətiriblər.

Rüfət Quliyev təcili tibbi yardım əməkdaşlarının vətəndaşlara xidmət etməyə çatdırmadığını bildirib. Qeyd edib ki, ölkə üzrə iki səhiyyə qurumunun olması vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaq əvəzinə daha da aşağı salır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə veteranlarla bağlı məsələyə diqqət çəkib. Bildirib ki, Vətən müharibəsində iştirak edən veteranların sosial status və müavinətləri ilə bağlı məsələ həll edilməli və onlar icbari tibbi sığortaya cəlb olunmalıdır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Bununla da 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Beləliklə, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi